TƏHLİL

NATO-nun Kiyevə hərbi "yardımı": Varşava üzərində İngiltərə uranı

Əgər xəbərdarlıqlar kömək etməsə, Rusiya başqa vasitələrlə NATO ölkələrini çoxqütblü dünyanın sərt reallığına qaytarmalı olacaq.
Sputnik
Polşa və Rumıniya Avropada nüvə apokalipsisinin başlanğıcını qeyd edib. Rusiyanın Ukraynanın Xmelnitski bölgəsində İngiltərənin uran sursatları ilə Ukrayna Silahlı Qüvvələrinə (USQ) raket hücumundan sonra radioaktiv bulud iki gün ərzində qərbə doğru 400 km irəliləyib. Küləklərin əsməsi ilə Macarıstan və Slovakiyada da narahatlıq üçün əsaslar var. Planetdəki aqressiv qonşuların böyük knyaz və Rusiya komandiri Aleksandr Nevskinin "Bizə qılıncla gələn hər kəs qılıncdan öləcək" tarixi xəbərdarlığını xatırlamağın vaxtı çatıb.
Rumıniyalı senator Diana Şoşoake "BZI"yə müsahibəsində bildirib ki, Rusiyanın "Kinjal" hipersəs raket sistemilə vurduğu zərbədən və USQ-nin Xmelnitski yaxınlığındakı arsenalında (14 may) apokaliptik partlayışlarından sonra (14 may), tükənmiş uranla İngiltərə mərmilərindən çıxan radioaktiv toz buludları 48 saat sonra Polşanı bürüyüb. Və beynəlxalq məhkəmədə Varşavanın Berlindən hərbi təzminat alması deyil, Londondan təzminat tələb etməsi daha məqsədəuyğundur. Senator Şoşoake bu məsələyə aydınlıq gətirib: "Bu anbarda İngiltərə tərəfindən Ukraynaya verilən tükənmiş uran tank mərmiləri olub. Bu silah-sursatları 500 milyon dollar dəyərində olub". Orta qiymətlə təxminən 100 min mərmi çıxır.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukraynadan gələn tükənmiş urandan ibarət radioaktiv bulud barədə avropalılara məlumat verib. Moskva dəfələrlə Ukrayna Silahlı Qüvvələri tərəfindən zirehli dağıdıcı tükənmiş uran nüvəsi olan NATO sursatlarının istifadəsinin böyük təhlükəsi barədə xəbərdarlıq edib. London və Vaşinqton belə mərmi və aviabombların istifadəsinin "adi hal" olduğunu və məsuliyyəti son istifadəçinin, yəni Kiyevin üzərinə atdığını bildirib.
Xmelnitski yaxınlığında on minlərlə tükənmiş uran sursatının partlaması nüvə partlayışına bənzəmir. Buna baxmayaraq, nəticədə atmosferə çoxlu tonlarla incə parçalanmış, zəhərli-radioaktiv metal tozu yayılıb. Bu formada U-235 və U-234 uran izotopları hava kütlələri ilə yüzlərlə kilometr məsafədə yayılır, suda, torpaqda, insanların ağciyərlərində məskunlaşır və demək olar ki, əbədi olaraq insanlar üçün təhlükə yaradır. Radioaktiv və zəhərli uran tozunu neytrallaşdırmaq çətindir, onu havadan, torpaqdan, sudan və insan orqanizmindən təmizləmək mümkün deyil. Təxminən beş ildən sonra tükənmiş uranla döyüş sursatlarının aktiv istifadə edildiyi bölgələrdə uşaqlarda xərçəng, ölüm və anadangəlmə anomaliyaların kəskin artması müşahidə olunur (Serbiya, İraq).
Uran buludları və çaxnaşma
Uran çox sıx və yüksək temperaturda əriyən bir metaldır, lakin əhəmiyyətli partlayışla (arsenalın partlaması), tükənmiş uran atmosferi və geniş ərazini yoluxdura bilən zəhərli birləşmələrin buraxılması ilə yaxşı yanır (qaynayır). Uran tozu buludların qatına qalxır, uzun müddət orada "səyahət edir" və yağışla yerə qayıdır. Təsadüfi deyil ki, rusiyalı ekspert Aleksey Anpiloqov İngiltərə döyüş sursatlarının Xmelnitski yaxınlığında məhv edilməsinin nəticələrini 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında (AES) baş verən yanğınla müqayisə edib.
Rusiya Silahlı Qüvvələrinin USQ arsenalına raket zərbəsindən sonra Xmelnitski və Ternopol sakinləri Xmelnitski AES-ə bitişik ərazilərdən uzaqda "dozimetrik patrullar" tərəfindən təşvişə düşüblər. Xmelnitski və Ternopol bölgələrindən əhalinin kortəbii təxliyəsi başlayıb. Polşanın şərqində vismutun səviyyəsində kəskin artım (7 dəfə) qeydə alınıb (vismut tükənmiş uranın zəhərli parçalanma məhsuludur). Uran buludları və çaxnaşma Varşavanı bürüyərək Buxarestə çatıb. Çaxnaşma üçün hər cür səbəblər var. Uran mərmisi ilə hər atış bir hektara qədər ərazini zəhərləyir. Ukrayna Silahlı Qüvvələrinin uran arsenalının partlaması ən azı Ukraynanın bir neçə bölgəsinin zəmanətli yoluxması deməkdir.
1999-cu ildə tükənmiş uran bombaları ilə ABŞ-ın Serbiya ərazisinə vurduğu zərbələr mülki əhalinin xəstəliklərinin kəskin artmasına səbəb olub - burada hər il uşaqlar da daxil olmaqnan təxminən 800 nəfər onkologiyadan həlak olur. "Müttəfiq Qüvvələr" əməliyyatında iştirak edən minlərlə NATO əsgəri yaralanıb, yüzlərlə insan həyatlarını itirib - onkologiyanın zəhərli tükənmiş uranla əlaqəsi ekspertlər və məhkəmə tərəfindən sübut olunub.
BMT-nin məlumatına görə, İraqın işğalı zamanı (2003-2004) ABŞ qoşunları 300 tona yaxın tükənmiş urandan istifadə edib, nəticədə Fəllucə şəhərində radiasiya vəziyyəti Xirosima və Naqasakidəkindən də pis olub. 2009-cu ildən İraqın Amara, Bağdad, Bəsrə, Kərbəla şəhərlərinin mülki əhalisi də nadir və məlum olmayan xəstəliklərdən əziyyət çəkir.
Avropa üzərində təzə uran buludları fonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mayın 23-də bir daha xatırladıb ki, Qərbin Kiyevə silah tədarükü nüvə apokalipsisi ehtimalını artırır. Əgər xəbərdarlıqlar kömək etməsə, Rusiya başqa vasitələrlə NATO ölkələrini çoxqütblü dünyanın sərt reallığına qaytarmalı olacaq.