RUSİYA

Medvedev: "Ukraynada münaqişə onilliklərlə davam edə bilər"

Siyasətçinin fikrincə, hazırkı Kiyev rejimi zamanı "üç il atəşkəs, iki il münaqişə olacaq və hər şey yenidən təkrar ediləcək".
Sputnik
BAKI, 26 may — Sputnik. Medvedev, Kiyevdə nasist hakimiyyətinin mahiyyətini məhv etmək lazım olduğunu bildirib.
Ukrayna münaqişəsi uzun müddət, bəlkə də onilliklərlə davam edə bilər.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev bildirib.
Siyasətçinin fikrincə, hazırkı Kiyev rejimi zamanı "üç il atəşkəs, iki il münaqişə olacaq və hər şey yenidən təkrar ediləcək".
"Bu, yeni reallıq, yeni həyat şəraitidir. Kiyevdə nasist hakimiyyətinin mahiyyətini məhv etmək lazımdır", - deyə Medvedev izah edib.
Bundan əvvəl Dmitri Medvedev demişdi ki, XHƏ-dan sonrakı hadisələr üç ssenari üzrə inkişaf edə bilər, bu, münaqişəni uduzduqdan sonra Ukrayna dövlətinin hansı yolla parçalanacağından asılı olacaq.
Öz növbəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin dondurulması ehtimalını istisna edib. Kremlin nümayəndəsi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı söhbətlərin vaxtından əvvəl olduğunu da qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.