BAKI, 26 may — Sputnik. "Avropa dəli olub – daim vəziyyəti qızışdırır və öz qərarları ilə vəziyyəti alovlandırır".
"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vyetnama səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ "ümumiyyətlə özünün praqmatik maraqlarının təməlində fəaliyyət göstərir", hərbi əməliyyatlarda iştirak etmədən və pul qazanmadan – "çoxəsrlik düşməni məhv etməyə çalışır".
Bundan əvvəl Medvedev Ukraynada münaqişə bitdikdən sonra hadisələrin inkişafının üç ssenarisindən danışıb.