HƏRBİ

Erməni təxribat-diversiya qrupunun dövlət sərhədimizi pozmaq cəhdinin qarşısı alınıb - DSX

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib, Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.
Sputnik
BAKI, 26 may - Sputnik. Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
***
Bir qrup erməni diversant Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.
Bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, erməni diversantların cəhdinin qarşısı alınıb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib, 2 diversant saxlanılıb.
Detallar barədə tezliklə məlumat veriləcək.