BAKI, 25 may — Sputnik. Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən Səfər Kavazov Xaçmaz Rayon Məhkəməsinə gətirilib.
Şübhəli şəxs barəsində bu gün istintaq orqanının təqdimatına baxılıb.
Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.
Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb.