BAKI, 25 may — Sputnik. Ukraynaya hərbi yardım göstərən Qərb dövlətləri silahlı münaqişənin müddətini uzadır, onun gərginləşməsi üçün əlindən gələni edir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə Belarusun müdafiə naziri Viktor Xrenin ilə görüşü zamanı bildirib.
Şoyqu deyib ki, hər cür hərbi dəstək alan Ukraynada silahlı münaqişənin uzadılması və gərginləşməsi üçün mümkün olan hər şey edilir.
"Bu, gərginliyin sürətlə artması, strateji sabitliyin əsaslarının qırılması və beynəlxalq qarşıdurmanın görünməmiş intensivləşməsi xüsusilə vacibdir. Belarus Respublikası bizim sadiq müttəfiqimiz və etibarlı tərəfdaşımız olub və olaraq da qalır", - Rusiya müdafiə naziri vurğulayıb.