RUSİYA

Putin Aİİ ölkələrinə çağırış etdi

Rusiya prezidenti bildirib ki, kapitalın ölkələrinin sərhədləri daxilində qalması ilə üzv dövlətlərin iqtisadiyyatının daha da güclənməsinə sərmayə yatırması üçün əlverişli şərait yaradılacaq.
Sputnik
BAKI, 25 may — Sputnik. Aİİ sammitində Rusiya prezidenti Vladimir Putin iştirakçı ölkələri vahid rəqəmsal ekosistem formalaşdırmağa dəvət edib.
"Aİİ-nin rəqəmsal suverenliyinin təmin edilməsi gündəmdədir. Nəzərinizə çatdırım ki, Rusiya hələ 2017-ci ildə İT sahəsində tərəfdaşlıq yaratmaq təşəbbüsü ilə çıxış edib. Birliyə üzv dövlətlərin vahid rəqəmsal sistem yaratması vacibdir. Bu, beş üzvdən hər birinin elektron dövlət xidmətlərinin milli sistemlərinin və elektron hökumətlərin inteqrasiyasını nəzərdə tutan ekosistemi əhatə edir. Sizi əmin edə bilərəm ki, Rusiya burada kifayət qədər irəliləyiç əldə edib", - Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.
Bundan əlavə, Rusiya lideri qeyd edib ki, ölkələrin ümumi səyləri sabit kredit, bank və hesablaşma infrastrukturunun təmin edilməsi, Avrasiya maliyyə bazarının inkişafı və uyğunlaşdırılması yolu ilə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının maliyyə suverenliyinin gücləndirilməsinə yönəldilməlidir.
"Beləliklə, kapitalın ölkələrimizin sərhədləri daxilində qalması və üzv dövlətlərin iqtisadiyyatının daha da güclənməsinə sərmayə yatırması üçün əlverişli şərait yaradılacaq", - Putin bildirib.
SİYASƏT
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ciddi imkanlar var - Əliyev