BAKI, 25 may — Sputnik. Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib. E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni R.İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb-söyüldüyünü bildirmişdi:
"Nəyə lazımdır belə danışmaq? Onda Aysun da çıxsın Eşqin haqqında olanları danışsın, ortalığa qoysun? Bununla nə qazanacaq? Millət deyəcək ki, bəs əvvəllər niyə danışmırdı? Aysuna əl də qaldırılıb, söyüşlər də söyülüb, Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, ailəsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi, dedi ki, ana, mən Eşqinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini qabağıma qoydum, danışdım, başa saldım. Aysunun yanında mənim kimi anası var, ailəsi var".
Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.