RUSİYA

KTMT ölkələrinin müdafiə nazirləri Minskə toplaşır

Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə keçiriləcək iclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov iştirak edəcək.
Sputnik
BAKI, 25 may — Sputnik. Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin müdafiə nazirləri Minskdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
"İclas iştirakçıları KTMT-yə üzv ölkələrin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər, habelə böhrana cavab sisteminin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər", - sözçü bildirib.
Onun sözlərinə görə, iclas zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq-nəzarət orqanlarının və birləşmələrinin birgə təlimi, hərbi-texniki əməkdaşlıq və s. ilə bağlı sənədlərə baxılması planlaşdırılır.
Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə keçiriləcək iclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov iştirak edəcək.
Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.