BAKI, 25 may — Sputnik. Az miqdarda su, yoxsa yalnız çay və qəhvə içsək bədənimizdə nələr baş verir? Bədəninizdə kifayət qədər maye olub olmadığını sizə xəbər verəcək beş əlamət var.
Yetkin insan, orta hesabla, təxminən 60% sudan ibarətdir. Məsələn, su şlaklardan qurtulmağa kömək edir, istilik səbəbiylə sağlam temperaturu dəstəkləyir, beynin və dölün inkişafının qorunması kimi bir çox bədən funksiyalarına təsir göstərir. Bunlar mayelərin vacib rollarından yalnız bəziləridir. Buna görə istehlak etdiyimiz mayenin miqdarı çox vacibdir.
ABŞ Milli Elmlər, Mühəndislik və Tibb Akademiyasına görə, yetkin kişilər gündəlik 15,5 stəkan, qadınlar isə 11,5 stəkan maye qəbul etməlidirlər. Siz, yəqin ki, digər məlumatları da eşitmisiniz, bu məlumatlara görə gündəlik minimum maye miqdarı 8 stəkan və ya 2 litr olmalıdır. Bəs, kifayət qədər su içdiyimizə necə əmin ola bilərik? Və məsələ, sadəcə sudadır?
Yaxşı xəbər budur ki, su maye qəbulunu artırmaq üçün yeganə yol deyil. Əslində, gün ərzində istehlak etdiyiniz bütün mayelər sizin orqanizminizi nəmləndirməyə kömək edə bilər. Su, çay, qəhvə, şirə və süd nəmləndirici içkilərdir və istənilən meyvə və ya tərəvəz də, bu işdə həmçinin kömək edə bilər.
Mayenin bədən rolu üçün böyükdür. Onun olmaması ciddi nəticələrə səbəb ola bilər. Kifayət qədər içmədiyimiz zaman bədənə nə olur? "Eat this Not that" nəşri bədəninizin təcili olaraq maye – su, şirə, çay ilə "təchiz edilməsi" lazım olduğunu göstərən əlamətləri sadalayıb.
Aclıq hissi
Gün ərzində yemək rasionunuzu dəyişmədən aclıq hiss edirsinizsə, bu maye çatışmazlığını göstərə bilər. Məsələ burasındadır ki, susuz qaldığınız zaman bədəniniz aclıq siqnalları verə bilər ki, bədəninizdə su saxlayan duzlu bir şey yeyəsiniz. Növbəti dəfə bir pors çipsi yeməyə hazırlaşdığınız zaman əvvəlcə bir az su içməyə çalışın, bəlkə də sizi qane edəcək. Unutmayın ki, su içmək yalnız nəmlənməyin deyil, həm də özünüzü artıq kalori istehlakından qorumağın başqa bir yoludur.
Baş ağrıları
Baş ağrısı bir sıra fərqli amillərdən qaynaqlana bilsə də, çox vaxt günahkar susuzluq olur. Ağrı kəsiciləri qəbul etmək əvəzinə əvvəlcə bir az su içməyə çalışın. Gələcəkdə baş ağrısının qarşısını almaq üçün "nə qədər çox olsa, bir o qədər yaxşıdır" qaydasına əməl edərək gün ərzində davamlı olaraq su için.
Bədəndə enerji çatışmazlığı
Bədəndə ümumi zəiflik və ya yorğunluq hiss etdikdə, enerjini doldurmaq üçün bir yol axtarır, çoxlu şəkər və ya kofeinli içkilərlə enerji içkiləri içməyə müraciət edirik. Düşünürük ki, bu, bizə enerji verə bilər. Dietoloqlar onları təmiz su ilə əvəz etməyi məsləhət görürlər. Çünki bu, nəinki enerji verəcək və nəmləndirməni yaxşılaşdıracaq, həm də orqanizmin həddindən artıq miqdarda içki içdikdən bir neçə saat sonra meydana gələn kofein və şəkərdən yaranan vəziyyətini yüngülləşdirəcək. Yadda saxlamaq lazımdır ki, çoxlu kofein istehlakı sidikqovucu təsirə malik olduğu üçün ümumi susuzluğa səbəb olur.
İstilik vurması riski
İstilik tükənməsi və istilik vurması susuzluq ilə əlaqələndirilir. Bu cür bədən şərtləri isti, quru dəri, yüksək bədən istiliyi və zəiflik ilə xarakterizə edilə bilər. İstilik və yüksək rütubət bu istilik xəstəliklərindən birinin ehtimalını artıra bilər. Bu simptomlardan hər hansı biri ilə qarşılaşsanız, maye içməli və dərhal həkiminizlə əlaqə saxlamalısınız.
Ürəyin döyüntüsü artır
Əgər hər hansı bir fəaliyyət zamanı ürək döyüntüsünün adi haldan daha yüksək olduğunu görsəniz, bunun səbəbi susuzluq ola bilər. Kifayət qədər maye içmədiyiniz zaman ürəyiniz bütün bədəninizə qan pompalamaq üçün daha çox işləməlidir. Bu, ürək ritminin artmasına səbəb olur. Ürək-damar sisteminizin daha səmərəli işləməsini təmin etmək üçün günə bol maye ilə başlayın və gün ərzində mütəmadi olaraq su və digər mayeləri için.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.