RUSİYA

BMT Rusiyadan taxıl ixracının asanlaşdırılması təşəbbüsünü açıqlayıb

Ötən ilin yekunlarına görə Rusiya taxıl ixracında dünya liderliyini qoruyub.
Sputnik
BAKI, 25 may — Sputnik. Birləşmiş Millətlər Təşkilatı və Afrika İxrac-İdxal Bankı Rusiyanın Afrikaya taxıl və gübrə ixracı ilə bağlı əməliyyatları asanlaşdırmaq üçün platforma hazırlayır.
Bu barədə UNCTAD-ın rəhbəri Rebeka Qrinspan məlumat verib. "Reuters" agentliyi onun sözlərini sitat gətirib:
"Biz işləyirik - qida və gübrə ixracı ilə bağlı sanksiyalara əməl etmək və əməliyyatların həyata keçirilməsi üçün müştərilərin daha çevik hərtərəfli yoxlanmasına imkan verəcək bir platforma yaradırıq".
O əlavə edib ki, o, ticarətdə fasilələr yaşayan kiçik Afrika dövlətlərinə kömək etmək üçün Afrika İxrac-İdxal Bankı ilə işləyir.
Bundan əvvəl bildirilib ki, ötən ilin yekunlarına görə Rusiya taxıl ixracında dünya liderliyini qoruyub. O, müxtəlif ölkələrə 30 milyon tondan çox buğda, çovdar, düyü, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları tədarük edib.