SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN İtaliyaya başsağlığı verib

İtaliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 15-i keçib, 23 minə qədər şəxs evini tərk etmək məcburiyyətində qalıb.
Sputnik
BAKI, 25 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında paylaşım edilib.
"İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, İtaliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 15-i keçib, 23 minə qədər şəxs evini tərk etmək məcburiyyətində qalıb.