NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti 80 dolları keçib

Ötən gün hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçersləri 78,35 ABŞ dollarına satılıb.
Sputnik
BAKI, 25 may — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dolları, yaxud 0,88% artaraq 80,46 ABŞ dolları təşkil edib.
Ötən gün hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçersləri 78,35 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.