BAKI, 24 may — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkəniz sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır.
Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.