RUSİYA

Qərb Rusiya və Çinə strateji düşmən kimi baxır - Lavrov

Rusiya XİN rəhbəri bildirib ki, ABŞ-ın Hind-Sakit okean strategiyaları çərçivəsində Tayvan ətrafında vəziyyəti necə məqsədyönlü şəkildə gərginləşdirdiyini görürlər.
Sputnik
BAKI, 24 may — Sputnik. Qərb ölkələri G7 sammiti zamanı Rusiya və Çinə ekzistensial təhlükə yaradan strateji rəqiblər kimi baxdıqlarını nümayiş etdirdilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yüksək səviyyəli nümayəndələrin XI Beynəlxalq toplantısında çıxışı zamanı deyib.

"Yaponiyada keçirilən G7 sammitindəki bəyanatlardan belə çıxır ki, Qərb Rusiya və Çinə strateji düşmən kimi baxır və bu, onun dominantlığına demək olar ki, mövcud təhlükədir", - Lavrov bildirib.

Rusiyanın xarici işlər naziri deyib ki, ABŞ Tayvan ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir.

"Moskvadan başqa, əksər dövlətlərə qarşı təhdidlər və şantajlar eşidilir. Biz ABŞ-ın Hind-Sakit okean strategiyaları çərçivəsində Tayvan ətrafında vəziyyəti necə məqsədyönlü şəkildə gərginləşdirdiyini görürük. Vaşinqton təkcə Avropanı deyil, həm də peyklərini bu işə cəlb edir", - Rusiya XİN rəhbəri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.