MƏDƏNİYYƏT

"M Teatr"da yeni tamaşanın premyerası olub

"Art" adlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədova, Rejissor köməkçisi Cavid Babadır.
Sputnik
BAKI, 24 may — Sputnik. Müstəqil "M.Teatr"da ("Mənim teatrım") tanınmış fransız dramaturqu, aktrisa Jasmina Rezanın "Art" adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, yeni tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədova, Rejissor köməkçisi Cavid Babadır. Komediya janrında qurulan tamaşada rolları Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa edirlər.
Səhnə əsəri 3 köhnə dostdan bəhs edir. Dostlardan biri ağ rəngdə bir rəsm əsəri alır, bu isə onların arasında böyük qalmaqala səbəb olur. Əsər klassik düşüncə ilə modernizm arasında olan zidiyyətlərdən, eləcə də dostların biri-birinə olan münasibətindən bəhs edir.
Jasmina Reza kimdir?
Yəhudi əsilli Jasmina Reza Fransada doğulub. Fransız teatr və kino aktrisası olan sənətçi eyni zamanda, dramaturqdur. Onun əsərləri Avropa və Amerikanın bir çox teatrlarında tamaşaya qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.