BAKI, 24 may — Sputnik. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) və "Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə "Baku Sailing Regatta-2023" keçiriləcək.
Xarici yelkənçilərin də iştirak edəcəyi Regatta "Xəzər bizi səsləyir" devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunacaq.
Final günündə - 28 mayda, saat 14:00-da qaliblərinin mükafatlandırılması ilə yanaşı, müxtəlif əyləncəli proqramlar da təşkil ediləcək. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.
Dənizkənarı Milli Parka bayram əhvali-ruhiyyəsi gətirəcək "Baku Sailing Regatta-2023" tədbiri əylənmək, yelkənli qayıqların şousunu izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanışlıq üçün əsl fürsət olacaq.
Xatırladaq ki, "Baku Sailing Regatta" üçüncü dəfədir ki, təşkil olunur. Tədbirdə iştirak üçün qeydiyyat və ödəniş tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.