BAKI, 23 may — Sputnik. Polşa Rusiya ilə əlaqələr qurmaq istəyirlərsə, Polşanı azad edənlərin abidələrinin bərpasından başlasın. Bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Gəlin Polşa parlamentindən tələb edək ki, əgər Rusiya Federasiyası ilə əlaqələr qurmaq istəyirlərsə, qoy Polşanı azad edənlərə, babalarımıza abidələrin bərpasından başlasınlar, tarixin qəbul edilməsindən başlasınlar. Heç kimin şübhə etmədiyi faktlar var və yalnız bundan sonra onlarla danışıqlar masasına əyləşmək olar", - deyə Volodin Dövlət Dumasının plenar iclasında bildirib.
"Ulu babalarımıza, əsgər və zabitlərimizə" qarşı bu cür alçaq davranışlar istisna olmaqla, qalan şeyləri bağışlamaq olar", - Volodin deyib.