BAKI, 23 may — Sputnik. Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxsə cinayət işi başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Bildirilib ki, Tovuz rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar S.Kavazov barəsində cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə Tərtər rayonunda məktəbli qız qaçırılmışdı. Hadisə ötən ilin yanvar ayının 11-də rayonun Evoğlu kəndində baş verib. Kənd sakini 2005 – ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılmışdı.