BAKI, 23 may - Sputnik. “Azərbaycan və Rusiya KİV nümayəndələri arasında mütəmadi görüşlər keçirilməlidir”.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirilən “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda təşkil olunan dəyirmi masa haqda fikirlərini bölüşərkən vurğulayıb.
O qeyd edib ki, belə görüşlər çox vacibdir: “İki ölkənin media nümayəndələri arasında birbaşa təmas və dialoq lazımdır”.
M.Zaxarovanın sözlərinə görə, ölkələr arasında XİN-lərarası məsləhətləşmələr formatı çərçivəsində media əməkdaşlığı məsələləri də müzakirə olunur: “Lakin media ilə birbaşa əlaqə olmasa, bütün bunlar yarımçıq olacaq”.
O, belə görüşlərin mütəmadi keçirilməli olduğunu vurğulayıb və növbəti görüşün Azərbaycanda keçiriləcəyinə ümid etdiyini bildirib (Report).