BAKI, 23 may — Sputnik. Rusiya heç bir müharibəyə başlamayıb, lakin xüsusi hərbi əməliyyatın köməyi ilə onu dayandırmağa çalışır. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Bizə tez-tez deyirlər və eşidirik ki, Rusiya hansısa müharibəyə başlayıb. Xeyr, Rusiya xüsusi hərbi əməliyyatın köməyi ilə bizə, bir hissəsi xalqımıza qarşı aparılan bu müharibəni dayandırmağa çalışır. Tarixi ədalətə görə, tarixi Rusiya dövlətinin hüdudlarından kənara çıxdı. Lakin bu, onların bizim xalqımız olmasına mane olmadı", - deyə Putin çərşənbə axşamı dövlət mükafatlarının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.
O, Rusiyanın bu insanları qorumaq üçün hər şeyi edəcəyini vurğulayıb.