AZƏRBAYCAN XƏBƏRLƏRİ

Naxçıvana yeni prokuror təyin edildi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının prokurorunun təyinatı ilə bağlı sərəncam imzalayıb.
Sputnik
BAKI, 23 may — Sputnik. Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, S.Paşayev ötən il Naxçıvan MR prokurorunun müavini təyin edilmişdi.
Bu ilin yanvar ayının 31-də Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad olunub. O, prezident İlham Əliyevin 2018-ci ilin mayın 7-si imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilmişdi.