BAKI, 23 may — Sputnik. ABŞ-ın borc tavanı ilə bağlı çıxılmaz vəziyyət ABŞ qanunvericiləri üçün fonda Ukraynaya yardıma vəsaitin ayrılması məsələsini kölgədə qoyub.
"The Hill" nəşri bu barədə yazıb.
Nəşrin yazdığına görə, Konqres Kiyevin maliyyələşdirilməsi məsələsini həm də Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks-hücumunun nəticələrinin qeyri-müəyyənliyinə görə müzakirə etməyə tələsmir.
Bildirilir ki, hazırda ABŞ-ın Ukraynaya yardım üçün göndərə biləcəyi vəsaitin həcmi 14 milyard dollardan azdır. İlkin hesablamalara görə, bu pul yalnız payızın əvvəlinə qədər kifayət edə bilər.
Eyni zamanda, Kiyevə yeni yardım paketi üçün vəsaitin ayrılması sual altında qalır.
Daha əvvəl "Financial Times" yazıb ki, ABŞ Konqresinin Kiyevi dəstəkləmək üçün əvvəllər təsdiq etdiyi vəsait, təxminən beş aya kifayət edəcək.