HADİSƏ

Güclü külək və leysan Gəncədə ciddi fəsadlar törədib - Video

Dağlıq ərazilərə dolu düşüb, eləcə də külək və leysan təsərrüfatda fəsadlar törədib və meyvə ağaclarına zərər vurub.
Sputnik
BAKI, 23 may - Sputnik. Gəncə şəhərində güclü küləklə müşahidə olunan leysan fəsadlar törədib.
Təbiət hadisəsi zamanı şəhər ərazisində bir neçə ağac aşıb. Avtomobillərə, obyektlərə və evlərə zərər dəyib.
Eyni zamanda, elektrik xətləri sıradan çıxıb.
***
Gəncə şəhərində və ətraf rayonlarda güclü küləklə müşahidə olunan leysan fəsadlar törədib.
Axşam saatlarında hava şəraiti dəyişərək güclü külək və intensiv yağışlar yağmağa başlayıb.
Eyni zamanda dağlıq ərazilərə dolu düşüb, eləcə də külək və leysan təsərrüfatda fəsadlar törədib və meyvə ağaclarına zərər vurub.
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində həm insanların və həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Hazırda bölgədə güclü küləklə müşahidə olunan yağışlı hava davam edir (Report).