SƏHİYYƏ

Baş nazir Əli Əsədov tibb işçiləri ilə bağlı qərar imzaladı

Qərara əsasən, COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti iyulun 1-dək uzadılıb.
Sputnik
BAKI, 23 may — Sputnik. Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti iyulun 1-dək uzadılıb.
Qeyd edək ki, daha əvvəl bu müddət mayın 1-dək uzadılmışdı.