BAKI, 22 may — Sputnik. Krım Rusiya Federasiyasının bir hissəsidir, ABŞ-ın zərbə hədələri məsuliyyətsizlikdir, Rusiya bunun qarşısını necə alacağını bilir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ceyk Sallivanın bəyanatını şərh edərkən bildirib.
"Krım Rusiya Federasiyasının ayrılmaz hissəsidir və məsələni başqa cür təqdim etmək, onu təhdid etmək cəhdləri Vaşinqtonun növbəti məsuliyyətsiz eskalasiya kursunu təsdiq edir", - Ryabkov jurnalistlərə bildirib.
"Biz bu cür təhdidlərin həyata keçirilməsinin qarşısını almaq üçün bir yol tapacağıq. Rusiya Federasiyasının ərazi bütövlüyü, eləcə də təhlükəsizliyi etibarlı şəkildə təmin ediləcək", - nazir müavini vurğulayıb.
Bazar günü Sallivan bildirib ki, Vaşinqton Ukraynaya Rusiya Federasiyası ərazisinə zərbə endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə vermir, lakin Krım burada istisnadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.