BAKI, 22 may — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Xirosimada keçirilən G7 ("Böyük yeddilik") sammitində iştirakı görüşü nəhayət təbliğat şousuna çevirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.
"G7 ölkələrinin rəhbərləri Kiyevdə idarə etdikləri rejimin başçısını öz görüşlərinə dəvət ediblər və Xirosima tədbirini nəhayət təbliğat şousuna çeviriblər", - nazirliyin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, Zelenskinin sammitə dəvəti Qərb ölkələrinin Rusiyaya "strateji məğlubiyyət" niyyətini nümayiş etdirmək istəyi ilə bağlıdır.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, G7 ölkələrinin liderləri Rusiya ilə genişmiqyaslı qarşıdurmada "ilişib" qalıblar.
Həmçinin Rusiya XİN G7 ölkələrinin sammitinin nəticəsinin siyasiləşdirilmiş qərarların qəbul edilməsi olduğunu bildirib.