RUSİYA

Peskov Putinlə Ərdoğan arasındakı münasibətin niyə xüsusi olduğunu açıqlayıb

Türkiyə Rusiya ilə münasibətləri möhkəmləndirməyə davam edəcək, çünki hər iki ölkənin bir-birinə ehtiyacı var.
Sputnik
BAKI, 22 may — Sputnik. Rusiya və Ukrayna liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan konkret işlərlə məşğul olan ciddi siyasi fiqurlardır, ona görə də onların münasibətləri xüsusi xarakter daşıyır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin və Ərdoğan çox ciddi siyasi fiqurlardır, böyük siyasi təcrübəyə malikdirlər və populist hiylələri ilə fərqlənmirlər. Onlar öz sözlərinə görə məsuliyyət daşıyan siyasətçilər və dövlət xadimləridir", - "RİA Novosti" Kreml nümayəndəsinin sözlərindən sitat gətirib.
Peskov əlavə edib ki, hər iki lider qarşılıqlı faydalı ikitərəfli münasibətlərlə bağlı konkret məsələlərin həllinə yönəlib.
Bundan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə münasibətləri möhkəmləndirməyə davam edəcək, çünki hər iki ölkənin bir-birinə ehtiyacı var. O, Ankaranın Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcəyini təsdiqləyib və Putinlə münasibətini "xüsusi" adlandırıb.