BAKI, 22 may — Sputnik. Ermənistanla Rusiya arasında tərəfdaşlıq strateji xarakter daşıyır, lakin İrəvana Qərbin sanksiyalarından yayınmağa imkan verən sərhədlərdən kənara çıxmayacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan və Rusiya strateji və tərəfdaşlıq münasibətlərindədir. Amma eyni zamanda, Ermənistan sanksiyalar altında qalmağa tab gətirə bilməz. Buna uyğun olaraq, biz Rusiya Federasiyası ilə imkan çərçivəsində əməkdaşlıq edəcəyik", - deyə Paşinyan qeyd edib.
Daha əvvəl Ermənistan Nazirlər Kabinetinin rəhbəri bəyan etmişdi ki, Ukrayna hadisələri ilə əlaqədar yükdaşımaların logistik zəncirləri pozulur və işləmir, birbaşa Rusiyaya çatdırılan bir çox mallar indi Ermənistandan Qazaxıstan və digər ölkələrdən keçərək gedir.