RUSİYA

Bu açıqlama Qərbin qeyri-konstruktivliyini göstərir - Peskov

Daha əvvəl "İzvestiya" qəzeti Stanonun bəyanatına istinadən xəbər vermişdi ki, Avropa İttifaqı Rusiya banklarını, o cümlədən "Rosselxozbank"ı SWIFT sisteminə yenidən qoşmağı planlaşdırmır.
Sputnik
BAKI, 22 may — Sputnik. Aİ Xarici Xidmətinin rəsmi nümayəndəsi Peter Stano tərəfindən Brüsselin Rusiya banklarını SWIFT-ə yenidən qoşmaq niyyətində olmadığına dair açıqlamaları Qərbin qeyri-konstruktivliyini göstərir. Bu barədə bazar ertəsi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bu, BMT-nin bütün səylərinə baxmayaraq, cənab Quterreşin, deyək ki, qərblilərin qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyinin göstəricilərindən biridir. Bu, həqiqətən də prosesi, sazişin Rusiya hissəsinin həyata keçirilməsini çətinləşdirir", - deyə Peskov Stanonun sözlərini şərh edərkən deyib.
Daha əvvəl "İzvestiya" qəzeti Stanonun bəyanatına istinadən xəbər vermişdi ki, Avropa İttifaqı Rusiya banklarını, o cümlədən "Rosselxozbank"ı SWIFT sisteminə yenidən qoşmağı planlaşdırmır, çünki bu, Rusiyanın Ukraynada xüsusi əməliyyatına cavab olaraq Avropa İttifaqı və digər ölkələrin tətbiq etdiyi sanksiyaların bir hissəsidir.
Peskov Qara dəniz təşəbbüsü ilə bağlı təmasların davam etdiriləcəyini vurğulayıb. "Taxıl zaişi ilə bağlı təmaslar davam edir, davam etdiriləcək, çünki sazişin müddəti iki ay uzadılıb. Bu, kifayət qədər qısa müddətdir, kifayət qədər tez başa çatacaq", - o, yekunlaşdırıb.
RUSİYA
Aİ Rusiyanın taxıl müqaviləsi ilə bağlı əsas tələbini yerinə yetirməkdən imtina edib