SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Britaniya Azərbaycan hökumətinin Qarabağ ermənilərinə müraciətini dəstəkləyir

İkitərəfli müzakirələrdə əsas məsələrdən biri Qarabağdakı erməni icmasınnı hüquq və təhlükəsizlikləri ilə bağlıdır.
Sputnik
BAKI, 22 may — Sputnik. "Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün həm ABŞ-ın, həm də Avropa İttifaqının səylərini dəstəkləyirik".
Bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "BBC Azərbaycan"a müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqların intensivliyi artıb: "Bu cür danışıqlarda etimadın qorunması vacibdir. Razılaşdırılmalı olan konkret məsələlərlə bağlı qərarların qəbulu istiqamətində irəliləyiş var. Biz vasitəçilik səylərinə böyük dəstək veririk".
Səfir bildirib ki, sülhün davamlı olması üçün uzun illər səy göstərilməlidir:
"Biz Britaniya olaraq, səy göstəririk və işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir. Azərbaycan hökumətinin Qarabağ ermənilərinə birbaşa müraciətini alqışlayırıq. İkitərəfli müzakirələrdə əsas məsələrdən biri Qarabağdakı erməni icmasınnı hüquq və təhlükəsizlikləri ilə bağlıdır. Digər ölkələrdə bu hüquq və təhlükəsliyin təmin olunması ilə faydalı modellər var. Biz görürük ki, bu məsələlər həm Bakı ilə İrəvan, həm də Bakı ilə Qarabağdakı erməni icması arasında müzakirə olunur".