BAKI, 22 may — Sputnik. Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Avtovağzal" və "Xocəsən" stansiyalarında gərginlik düşməsi nəticəsində işıqlar müvəqqəti sönüb.
Bu barədə "Bakı Metropoliteni"nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, problem qısa müddətdə aradan qaldırılıb. Sərnişinlərlə və qatarların hərəkəti ilə bağlı hər hansı problem yaşanmayıb.