BAKI, 22 may — Sputnik. Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb:
- "Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş";
- "Azərbaycan Baş Prokurorluğu ilə Litvanın Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı";
- "Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş".
Azərbaycan Prezidenti mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Litvanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.