SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Litva prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.
Sputnik
BAKI, 22 may — Sputnik. Mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə təkbətək görüşü başlayıb.
Görüş Prezident sarayında keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Litvanın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Litva nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Gitanas Nausedaya təqdim edilib.
Azərbaycan Prezidenti mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.