BAKI, 22 may — Sputnik. Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bundan əvvəl isə Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene tərəfindən rəsmi lanç verilib.
Azərbaycan Prezidenti mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Litvanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.