RUSİYA

Avstriya Moskva ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır - XİN

Rusiya Federasiyası ilə gələcək danışıqlar üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi beynəlxalq forumlardan istifadə etmək lazımdır.
Sputnik
BAKI, 22 may — Sputnik. Avstriya hakimiyyəti Rusiya ilə qeyri-rəsmi əlaqə kanalını saxlayır və davam edən Ukrayna münaqişəsinə baxmayaraq, Moskva ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır. Bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bazar ertəsi Almaniyanın "Welt" qəzetinə müsahibəsində bildirib.
"Qərb ABŞ hökuməti kimi Rusiya ilə danışıqlara davam etməlidir", - nazir bildirib.
Onun fikrincə, Rusiya Federasiyası ilə gələcək danışıqlar üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi beynəlxalq forumlardan istifadə etmək lazımdır. Nazir bunda Qərb ölkələrinin "qlobal məsuliyyətini" başa düşür.
Şallenberq vurğulayıb ki, Vyana Moskva ilə qeyri-rəsmi kanallar vasitəsilə əlaqə saxlamağa davam edir.
"Rusiya xəritədən silinməyib və Aİ-nin ən böyük coğrafi qonşusu və planetin ən böyük nüvə dövlətidir", - o, əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.