NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropa və ABŞ-da bu il təbii qaz kəskin ucuzlaşıb

ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2023-cü il birinci rübündə 2,65 dollar təşkil edib
Sputnik
BAKI, 22 may - Sputnik. Dünya Bankı (DB) 2023-cü ilin birinci rübü üzrə Avropa və ABŞ-da təbii qazın orta satış qiymətini açıqlayıb.
Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatına əsasən, 2023-cü ilin birinci rübündə Avropada qazın qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi, 26,8 kubmetrə bərabərdir ) görə 16,84 ABŞ dolları təşkil edəcək, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,79 dollar və ya 48,4% azdır.
Hesabatda qeyd edilir ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2023-cü il birinci rübündə 2,65 dollar təşkil edib, bu da illik müqayisədə 1,97 dollar və ya 42,6% azdır.