DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Media: İraqda İŞİD terrorçuları xalq milislərinin iki üzvünü öldürüblər

Səhər saatlarında silahlı qrup terrorçu Bağdadın şimalında yerləşən Tərmiyə şəhərində yaşayış binasına hücum edib.
Sputnik
BAKI, 21 may — Sputnik. İraqın “Əl-Həşd əl-Əşairi” xalq milisinin ən azı iki üzvü (“Əl-Həşd əş-Şaabi” şiə milislərinin bir hissəsi – TASS qeydi) “İslam Dövləti”* terrorçularının hücumu nəticəsində həlak olub. Bu barədə təhlükəsizlik gücləri məlumat yayıb.
Səhər saatlarında silahlı qrup terrorçu Bağdadın şimalında yerləşən Tərmiyə şəhərində yaşayış binasına hücum edib, bundan sonra onlar naməlum istiqamətə qaçıblar. Hücum nəticəsində iki milis həlak olub, iki nəfər yaralanıb, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır.
İŞİD döyüşçüləri 2014-cü ilin yayında İraq ərazisinin təxminən üçdə birini işğal ediblər. 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə İraq hökumət qüvvələri ekstremistlər tərəfindən ələ keçirilən ərazilərin azad edilməsi üçün genişmiqyaslı kampaniyaya başlayıb.
2017-ci ilin dekabrında İraqın o vaxtkı baş naziri Heydər əl-Abadi İŞİD üzərində qələbəni elan edib. Bununla belə, hüquq-mühafizə orqanları hələ də ölkənin müxtəlif bölgələrində asayiş keşikçilərinə, orduya və mülki şəxslərə hücum edən terrorçuları məhv etmək üçün əməliyyatlar aparır.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilatdır. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.