DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlahi gözəllik naminə keçi qılından süni saqqal

Tarixçilər Misir inancları ilə əlaqədar fironların saxta saqqal taxdığını bildiriblər.
Sputnik
BAKI, 21 may— Sputnik. Qədim misirlilər təmizlik naminə saqqal və bığ saxlamağı sevməsələr də, Misir fironlarının süni saqqalı hər zaman müzakirə predmeti olub.
Türkiyə mediasının yaydığı xəbərə görə, tarixçilər Misir inancları ilə əlaqədar fironların saxta saqqal taxdığını bildiriblər .
Belə ki, qədim misirlilərin inancına görə, ölən şəxsi axirətdə saqqallı Osiris tanrısı qarşılayır. Bu səbəbdən də saqqalı ilahi gözəllik hesab edən fironlar keçi qılından süni saqqal taxıblar.
Kişi fironlardan sonra hətta qadın fironlar da bu inanca görə keçi qılından süni saqqal taxmaq ənənəsini qoruyub saxlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.