SƏHİYYƏ

TƏBİB kardioloqlara müraciət edənlərin sayını açıqlayıb

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov deyib.
Sputnik
BAKI, 20 may - Sputnik. "Ürək-damar xəstəlikləri çox cavanlaşıb".
APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib.
O bildirib ki, bu, TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə özünü göstərir.
"0-17 yaş arasında olanlardan həkim-kardioloqlara 2020-ci ildə 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76109 nəfər müraciət edib. 18 və daha yuxarı yaş qrupunda olanlardan isə 2021-ci ildə 467 911 nəfər, 2021-ci ildə 491 678 nəfər, 2022-ci ildə isə 579 704 nəfər müraciət daxil olub. Hər il dünyada 18 milyon ölüm kardioloji xəstəliklər səbəbindən baş verir".