BAKI, 20 may - Sputnik. Roma Papası Fransisk İtaliya Yepiskopları Konfransının rəhbəri kardinal Matteo Zuppiyə Ukraynada sülh missiyasına rəhbərlik etməyi tapşırıb.
APA-nın məlumatına görə, bunu şənbə günü Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.
Missiyanın vaxtı və iş üsulları hazırda müəyyən edilir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.