DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pentaqon Ukraynaya ötürülən avadanlığın dəyərini səhvən 3 milyard dollar artırıb

Pentaqondakı mənbə bildirib ki, Amerika tərəfi Ukrayna Silahlı Qüvvələrinə əlavə tədarüklər həyata keçirə bilər.
Sputnik
BAKI, 20 may — Sputnik. Birləşmiş Ştatların Müdafiə Nazirliyi Kiyevə çatdırılan avadanlığın dəyərini səhvən üç milyard dollar artırıb.
Pentaqondakı yüksək səviyyəli mənbə "Reuters" agentliyinə bu barədə deyib:
"Biz tədarük olunan avadanlığı necə qiymətləndirməyimizlə bağlı uyğunsuzluqlar aşkar etdik".
Qeyd olunur ki, bununla bağlı Amerika tərəfi Ukrayna Silahlı Qüvvələrinə əlavə tədarüklər həyata keçirə bilər.
Agentlik mənbələri Pentaqonun da araşdırma aparacağını bildirib. Ukraynaya göndərilən yanlış qiymətli hərbi texnikanın həcminin arta biləcəyi istisna edilmir.
Səhv barədə cümə axşamı Birləşmiş Ştatların Konqresinə məlumat veriləcək.
Bundan əvvəl Pentaqonun Ukraynaya dəstək üçün ayrılan pulunun tükəndiyi bildirilirdi.
Qeyd edək ki, Rusiya tərəfi Kiyevə silah tədarükünün əleyhinədir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hərbi texnikanın ötürülməsi XHƏ-nin nəticələrinə təsir etməyəcək, lakin Ukraynanın özü və xalqı üçün əlavə bəlalara gətirib çıxaracaq.