CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçərişəhərdə divara quraşdırılmış "sənət əsəri" götürülüb - FOTO

Məsələ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nəzarətə götürülüb.
Sputnik
BAKI, 20 may - Sputnik. Bakının İçərişəhər ərazisində divara quraşdırılmış daşdan "yumruq" götürülüb.
"Report"un xəbərinə görə, sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nəzarətə götürülüb.
Nəticədə "yumruğ"un sökülməsi qərara alınıb.
İçərişəhərdə müəllifi Əli Şəmsi olan "Dəmir yumruq" abidəsi
Qeyd edək ki, əsərin müəllifi Əli Şəmsidir və abidə "Dəmir yumruğu" simvolizə etməli idi.