BAKI, 19 may — Sputnik. Qərb dövlətləri humanizmi deyil, Rusiya Federasiyasını "məğlub etmək" arzusunu rəhbər tuturlar.
"RİA Novosti" xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Kollektiv Qərbin məqsədləri hamıya bəllidir, onları Qərb siyasətçilərinin özləri də gizlətmirlər. Ukraynadan poliqon kimi istifadə edərək Rusiyanı "strateji məğlub etmək" istəyində "son ukraynalıya" qədər münaqişəni uzatmaq - bu mənəvi prinsiplərdən və yüksək humanist dəyərlərdən uzaqdır", - deyə o, fikrini bildirb.
Nebenzya qeyd edib ki, bu, Qərbin hər kəsə öz iradəsini diktə etməyə davam etmək istəyinə əsaslanır.
O, Qərb ölkələrinin Ukraynadan "poliqon" kimi istifadə etdiyini vurğulayıb.
Rusiya Federasiyasının daimi nümayəndəsi əlavə edib ki, silah tədarükü Qərb hərbi sənaye kompleksinin hesablarına daxil olan vergi ödəyicilərinin cibindən milyardlarla dollar tələb edir.
Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında bəyanat verilib.
Daha əvvəl Nebenzya bildirib ki, Qərb dövlətlərinin Rusiya Federasiyasına strateji məğlubiyyət vermək istəyi Moskvadan hərbi sahədə cavab addımları atmağı tələb edir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vurğulayıb ki, Ukraynanın bir dövlət kimi qorunub saxlanması ABŞ-ın planlarına daxil deyil.