BAKI, 19 may — Sputnik. Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.
"Biz Qərbin sanksiyalarına bağlı deyilik. Biz güclü dövlətik və Rusiya ilə müsbət münasibətimiz var", - o deyib.
Türkiyə Prezidentinin sözlərinə görə, "Taxıl sazişi"nin müddətinin daha 2 ay uzadılması məhz onun rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinə görə mümkün olub.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyənin ABŞ və Avropa İttifaqının (Aİ) Rusiya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qoşulmağı planlaşdırmırmadığını bəyan etmişdi.
Əlavə edək ki, Türkiyə prezidentliyinə digər namizəd, "Valday" klubunun üzvü Sinan Oğan da ölkə hakimiyyətini Rusiyaya qarşı sanksiyalarla bağlı Qərbi təkrarlamamağa çağırıb.