RUSİYA

Putin Rusiyanı dünya silah bazarının liderlərindən biri adlandırıb

Dövlət başçısı qeyd edib ki, Rusiya sanksiyalara baxmayaraq, əhəmiyyətli həcmdə hərbi məhsulları ixrac edə bilir.
Sputnik
BAKI, 19 may — Sputnik. Rusiya hələ də dünya silah bazarında liderlərdən biridir.
Bunu Rusiya Prezidenti Vladimir Putin əmək kollektivlərini və veteranları xarici dövlətlərlə hərbi-texniki əməkdaşlığın dövlət idarəetmə sisteminin yaradılmasının 70 illiyi münasibətilə təbriki zaman deyib.
"Bu gün Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin, digər federal hakimiyyət orqanlarının və təşkilatların, eləcə də müdafiə sənayesi müəssisələrinin əməkdaşlarının səriştəsi və peşəkarlığı sayəsində Rusiya qlobal silah və hərbi texnika bazarının liderlərdən biri statusunu inamla qoruyub saxlayır", - deyə Rusiya dövlət başçısının sözləri Kremlin saytında yer alıb.
Rusiya lideri bildirib ki, ABŞ və digər Qərb ölkələri tərəfindən misli görünməmiş sanksiya təzyiqinə və haqsız rəqabətə baxmayaraq, Rusiya əhəmiyyətli miqdarda silah ixrac etməyə nail olur.
"KP.RU" saytı yazıb ki, bu yaxınlarda Putin Rusiya silahlarının xarici analoqları on il qabaqladağını bəyan edib.