BAKI, 19 may — Sputnik. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.
Sputnik Azərbaycan xəbər verir ki, sənədi Prezident İlham Əliyev imzalayıb.
Bu Qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Sənədin 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. "Elektroenergetika haqqında" qanun bu sektorun liberallaşması və mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutulur. Bu qanunun qəbulu ilə gələcəkdə elektrik enerjisinin qiymətlərini bazar müəyyən edəcək. Başqa sözlə bundan sonra Tarif Şurasının elektrik enerjisinin qiymətini tənzimləməyəcək.