BAKI, 19 may — Sputnik. Qlobal bazar alternativ istiqamətlərlə zəngindir. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsində Aİ-nin Rusiyadan almaz ticarətini məhdudlaşdırmaq niyyətini şərh edərkən deyib.
"Qərarları gözləyək. Praktika göstərir ki, digər mallar, məhsullar üçün haradas alışı dayandırsalar, başqa yerdən almağa başlayırlar. Burada boşluq yoxdur, dünya bazarı mobildir, alternativ istiqamətlərlə zəngindir", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Avropa Şurasının prezidenti Şarl Mişel G7 sammiti öncəsi Xirosimada keçirilən brifinqdə deyib ki, Avropa İttifaqı Rusiya almazlarının ticarətini məhdudlaşdırmağa çalışacaq.
Avropa Şurasının rəhbəri həmçinin Rusiyaya qarşı sanksiyaların icrasına nəzarət etmək və Ukraynaya dəstəyi davam etdirmək üçün görülən tədbirləri açıqlayıb.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiyadan almaz, mis, nikel və alüminium idxalına qadağa qoyduğunu açıqlamışdı.