BAKI, 19 may — Sputnik. ABŞ istehsalı olan "Patriot" zenit raket kompleksi (ZRK) Kiyev üzərində Rusiyanın "Kinjal" hipersəs raketini vurmaq istəyərkən bütün sursatlarını itirib.
Bu barədə "American Military Watch Magazine" nəşri Qərb mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, "Patriot" sistemindən dəyəri təxminən 96 milyon dollar olan 32 ədəd raket atılıb, lakin onların heç biri hədəfə çatmayıb.
Bir neçə gün əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi bildirib ki, Rusiya silahlı qüvvələri Kiyevdə "Patriot" zenit raket kompleksini "Kinjal" zərbəsi ilə vurub. Mayın 18-də Pentaqon Ukraynaya çatdırılan sistemin tam təmir olunduğu və işlək vəziyyətdə olduğu barədə bəyanat yayıb.
Hazırda Ukrayna ordusunun iki "Patriot" zenit raket kompleksi var. Bunlardan birini ABŞ, ikincisi Almaniya və Hollandiya tərəfindən birgə təhvil verilib. "CNN" qeyd edir ki, onlardan hansının Rusiya tərəfindən vurulduğu hələ məlum deyil. Belə bir sistemin qiyməti təqribən 1 milyard dollardır, bunun üçün hər raket qiyməti isə təxminən 3-4 milyon dollara başa gəlir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.