CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kibertəhlükəsizliyə əməl etməyən 101 dövlət qulluqçusu haker qurbanına çevrilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bildirib ki, ölkədə 6500-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub
Sputnik
BAKI, 19 may — Sputnik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və yarana biləcək təhlükələrdən qorunması məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqlərini davam etdirir.
Sputnik Azərbaycan Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən "Kibergigiyena layihəsi"nə, "informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat"ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, birinci rüb ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevriliblər.
Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşların ümumi statistikası haqqında Xidmətimizdə məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikasını müəyyən etmək mümkün olmuşdur.
Belə ki, birinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı bu linkdəki kimidir.